Məşhur şahmatçı dünya çempionatından qovuldu – - SƏBƏB
İdman
Dünyanın 1 nömrəli şahmatçısı sayılan norveçli Maqnus Karlsen Nyu-Yorkda keçirilən Dünya Rapid Oyunları Çempionatına cins şalvarla qatılıb.
News24.az-nun məlumatına görə, norveçli şahmatçıya xəbərdarlıq edilib ki, qaydalara uyğun olaraq turnirdə cins şalvarla iştirak etmək qadağandır.
Karlsen 200 dollar cərimə olunarkən, məşhur şahmatçının zalı söyüş söyərək tərk etdiyi bildirilir.
2010-cu ildə, 19 yaşında Karlsen FİDE-nin dünya reytinqində 1-ci yerə yüksələrək, bunu bacaran ən gənc insan olub.
Aynurə