Ronaldo Messidən öndə

Ronaldo Messidən öndə İdman

Səudiyyə Ərəbistan Liqasının 4-cü turunda “Əl-İttifaq” səfərində 3:0 hesablı qələbə qazanan “Əl-Nəsr”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo maraqlı göstərici ilə yadda qalıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, 39 yaşlı hücumçu 33-cü dəqiqədə penaltidən sonra hesabı açıb.

Bununla da Kriştiano “Əl-Nəsr”in heyətində yerinə yetirdiyi 16 penaltidən hər birində dəqiq olmağı bacarıb.

Ümumilikdə isə bu Ronaldonun karyerasında 195 penalti zərbəsi olub. O, bunların 165-ni qola çevirib.

Digər futbol ulduzu argentinalı Lionel Messi isə karyerası boyu 140 penaltidən 109-da dəqiq olub. Ronaldo 30, Lionel isə 31 dəfə 11 metrlik cərimə zərbəsində fərqlənə bilməyib.