Məşhur xanım idmançı vəfat etdi - FOTO
İdman
Rusiyalı marafonçu Yevgeniya Pavlova 41 yaşında uzun sürən xəstəlikdən vəfat edib.
News24.az xəbər verir ki, bir neçə ay öncə idmançıda onkoloji xəstəlik aşkar edilmişdi.
Kimyəvi müalicə almasına və noyabrn 7-də əməliyyat olunmasına baxmayaraq, Y.Pavlova həyatda qala bilməyib.
Qeyd edək ki, 2023-cü ildə 24 saat ərzində 170 kilometr məsafəyə qaçmış idmançı bu il öz rekordunu yeniləməyə hazırlaşırdı.