Məşhur basketbolçu əməliyyat oldu
İdman
“Beşiktaş”ın xorvatiyalı basketbolçusu Ante Jiziç zədə səbəbindən əməliyyat keçirib.
New24.az xəbər verir ki, klubun yaydığı məlumata görə, mərkəz oyunçusu sol çiynindəki çıxıq səbəbindən əməliyyat olunub. Cərrahi müdaxilə uğurla başa çatıb və basketbolçu artıq reabilitasiya prosesinə başlayıb.
Qeyd edək ki, Ante Jiziç Türkiyə Basketbol Super Liqasının pley-off yarımfinal mərhələsində aldığı zədə səbəbindən oyunu yarımçıq tərk etmişdi.