Məşhur basketbolçu tarix yazdı
İdman
Türkiyənin milli basketbolçu Alperen Şengün NBA pley-offunda növbəti uğuruna imza atıb.
News24.az xəbər verir ki, "Hyuston Rokets" heyətində çıxış edən Şengün "Los Anceles Leykers" qarşı oyununu 33 xal, 16 ribaund və 6 məhsuldar ötürmə ilə başa vurub.
O, cəmi 10-cu pley-off oyununda 200+ xal, 100+ ribaund və 50+ ötürmə həddini keçərək NBA tarixində bu göstəriciyə çatan üçüncü ən sürətli oyunçu olub.