Məşhur futbolçu "Çelsi"dən qovuldu
İdman
Londonun "Çelsi" klubunda dünya çempionu Enzo Fernandeslə bağlı böyük qalmaqal yaşanır.
News24.az xəbər verir ki, argentinalı yarımmüdafiəçi klub daxili intizam qaydalarını pozduğu üçün əsas heyətdən kənarlaşdırılıb.
Qalmaqala səbəb futbolçunun verdiyi son açıqlamalar olub. Fernandesin "Madriddə yaşamaq istərdim" ifadəsi "Real Madrid"ə transfer şayiələrini alovlandırıb və bu, "Çelsi" rəhbərliyinin sərt reaksiyasına səbəb olub. Klub rəhbərliyi bu sözləri komandaya qarşı hörmətsizlik və transfer təzyiqi kimi qiymətləndirib.
Komandanın baş məşqçisi Liam Rosenior intizam qaydalarının pozulduğunu rəsmən təsdiqləyib. Verilən qərara əsasən, Enzo Fernandes iki oyunluq cəza alıb və komandanın növbəti vacib matçlarını tribunadan izləməli olacaq.
Məlumata görə, bu qərar komanda daxilində gərginliyi artırıb. Roseniorun təkcə Enzo ilə kifayətlənmədiyi, digər bəzi oyunçulara da kəskin iradlar bildirdiyi və klubda "dəmir intizam" yaratmağa çalışdığı qeyd olunur.