Məşq zamanı huşunu itirdi, xəstəxanaya aparıldı

Məşq zamanı huşunu itirdi, xəstəxanaya aparıldı İdman

“Bavariya”nın baş məşqçisi Vensan Kompani komandanın məşqi zamanı huşunu itirərək təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

News24.az “Sky Sport Germany”yə istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis ötən həftə kəskin virus infeksiyasına yoluxubmuş.

Məlumata görə, oktyabrın 17-də “Leypsiq”lə keçirilən oyundan sonra Kompani səhhətindəki problemlər səbəbindən matçın təhlilini özü apara bilməyib və bu tapşırığı köməkçilərinə həvalə edərək məşqçilər otağında dincəlməli olub.

Xəstəxanaya yerləşdirilən belçikalı mütəxəssisin vəziyyəti həkimlərin nəzarəti altındadır.

Məlumat üçün bildirək ki, onsident Çempionlar Liqasının Ümumi mərhələsinin III turu çərçivəsində keçirilən “Bavariya” – “Arsenal” matçından sonraya təsadüf edib. Münhendəki “Allianz Arena” stadionunda baş tutan qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.