Messi 900-cü qolunu vurdu

Messi 900-cü qolunu vurdu İdman

“Neşvill” ilə keçirilən oyunda Lionel Messi komandasını önə çıxararaq karyerasının 900-cü qolunu vurub.

News24.az xəbər verir ki, görüş 1:1 hesabı ilə başa çatıb. İlk oyunun da qolsuz bitməsi səbəbindən “Neşvill” səfər qolu üstünlüyü ilə növbəti mərhələyə yüksəlib.

Beləliklə, Messinin qoluna baxmayaraq, “İnter Mayami” KONKAKAF Çempionlar Kubokundan kənarlaşdırılıb.