Messi Argentina millisində sonuncu beynəlxalq oyuna çıxacaq
İdman
Lionel Messi Argentina millisinin heyətində son beynəlxalq oyununa çıxmağa hazırlaşır.
News24.az xəbər verir ki, 39 yaşlı futbolçu Buenos-Ayresdəki “Monumental” stadionunda Beninə qarşı keçiriləcək yoldaşlıq oyununda son dəfə milli forma geyinəcək.
Təxminən 85 min tamaşaçı tutumuna malik stadionda Messi Argentina millisinin heyətində 28 oyun keçirib və 19 qol vurub. O, bu stadionda keçirdiyi oyunların heç birində məğlub olmayıb.
Messi Argentina millisində 207 oyunla rekordçudur. O, milli komandanın heyətində 125 qol vurub.
Futbolçu Dünya Kuboku, iki Amerika Kuboku, Finalissima, Olimpiya və U-20 Dünya Kubokunu qazanıb.
Həmçinin o, Dünya Kubokunda 34 oyunla rekordçudur. Eləcə də futbolçu altı dünya çempionatında iştirak edib və 2022-ci ildə Argentina ilə dünya çempionluğunu qazanıb.