Messi DÇ-nin ən yaxşı oyunçuları siyahısına daxil edildi

Messi DÇ-nin ən yaxşı oyunçuları siyahısına daxil edildi İdman

Lionel Messi Beynəlxalq Futbol Federasiyası ( FİFA ) tərəfindən Dünya Kubokunun qrup mərhələsində ilk turun nəticələrinə əsasən ən yaxşı hücumçu seçilib.

News24.az xəbər verir ki, Argentina Dünya Kuboku qrup mərhələsinin ilk oyununda Əlcəzairi məğlub edib. Kanzas-Siti şəhərindəki Arrowhead Stadionunda keçirilən matç 3-0 hesabı ilə başa çatıb.

Messi het-trik edib və Dünya Kuboku tarixində ən çox qol vuran oyunçu olub.