Messi dünya çempionatları tarixində rekord qırdı

Messi dünya çempionatları tarixində rekord qırdı İdman

Argentina millisinin kapitanı Lionel Messi futbol üzrə dünya çempionatları tarixində ən çox qol vuran oyunçu olub.

News24.az xəbər verir ki, Argentina – Avstriya matçı yeni başlasa da, Messi artıq turnirin tarixinə düşüb. O, cərimə meydançasının kənarından aşağı küncə vurduğu qol ilə dünya çempionatlarındakı 17-ci qolunu qeydə alıb və bu göstərici ilə rekord müəyyənləşdirib.

Bu göstəriciyə qədər Messi Almaniya millisinin sabiq hücumçusu Miroslav Kloze ilə eyni sayda – 16 qolla bölüşürdü. Kloze son mundial qolunu 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatında vurub.

Məlumatlara görə, Messi bu gün öz rekordunu daha da yaxşılaşdırmaq şansı qazana bilər. Bununla yanaşı, Fransa millisinin hücumçusu Kilian Mbappe də 14 qolla yaxın izləyici mövqeyindədir və o da bu gün İraq millisinin qarşısında meydana çıxacaq.