Messi dünya çempionatlarında rekordunu yeniləyəcək

Messi dünya çempionatlarında rekordunu yeniləyəcək İdman

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatlarında ən çox oyun keçirən futbolçu rekordunu yeniləyəcək.

News24.az xəbər verir ki, 39 yaşlı hücumçu DÇ-2026-nın yarımfinal mərhələsində İngiltərəyə qarşı keçiriləcək görüşün start heyətində yer alıb.

Bu, Messinin dünya çempionatlarında 33-cü oyunu olacaq. O, turnirin tarixi ərzində ən çox matça çıxan futbolçu kimi rekordunu daha da yaxşılaşdıracaq.

Bu göstəricidə ikinci pillədə Kriştianu Ronaldu qərarlaşıb. Portuqaliyalı futbolçu dünya çempionatlarında 27 qarşılaşmada iştirak edib. Beləliklə, Messinin Ronaldo ilə fərqi 6 oyuna yüksələcək. (Teleqraf)