Messi İngiltərə ilə qarşılaşma haqda: "Bu, xüsusi oyun olacaq"

Messi İngiltərə ilə qarşılaşma haqda: "Bu, xüsusi oyun olacaq" İdman

Dünya çempionu, Argentina millisinin kapitanı, ABŞ-nin “İnter Mayami” klubunun və MLS-in çempionu olan 39 yaşlı hücumçu Lionel Messi İngiltərə ilə qarşıdakı yarımfinal oyunu barədə danışıb.

News24.az xəbər verir ki, bu barədə “Ole” nəşri məlumat yayıb.

“Bu, mənim üçün xüsusi oyun olacaq. Çünki karyeramda ilk dəfə İngiltərə yığmasına qarşı oynayacağam. Demək olar ki, bütün yığmalara qarşı çıxış etmişəm, yalnız İngiltərəyə qarşı oynamamışam. İngiltərə dünya futbolunun ən güclü ölkələrindən biridir və belə rəqibə qarşı oynamaq böyük zövqdür. İndi yaxşı dincəlməyə çalışmalıyıq, çünki çox yorulmuşuq və komanda bunu hiss edir. Yarımfinala ən yaxşı formada çıxmağa çalışacağıq və indiyədək etdiyimiz kimi mübarizəmizi davam etdirəcəyik”, – deyə Messi bildirib.

Qeyd edək ki, İngiltərə – Argentina yarımfinal oyunu iyulun 15-də ABŞ-nin Atlanta şəhərində keçiriləcək.