Messi İspaniyada daha bir futbol klubu alır

Messi İspaniyada daha bir futbol klubu alır İdman

Karyerasını ABŞ-nin “İnter Mayami” klubunda davam etdirən argentinalı futbolçu Lionel Messi İspaniyada futbol klubu almağa hazırlaşır.

News24.az xəbər verir ki, İspaniyanın “El Pais” qəzetinin məlumatına görə, Messi La Liqa 2-də mübarizə aparan “Eldense” klubunu almaq barədə razılığa gəlib.

Bildirilib ki, argentinalı ulduz “Eldense”nin əsas səhmdarı olacaq. Müqavilənin rəsmiləşdirilməsi üçün hüquqi prosedurların tamamlanması gözlənilir.

“Eldense” Messinin İspaniyada sahib olacağı ilk peşəkar futbol klubu olacaq. Messi ötən ilin aprelində İspaniyanın beşinci divizionunda çıxış edən “Unio Esportiva Cornella” klubunu da satın alıb.

Messinin “Eldense”ni satın alması rəsmən təsdiqlənərsə, onun və Kriştiano Ronaldonun sahibi olduğu klublar La Liqa 2-də qarşılaşa bilər.

Qeyd edək ki, Ronaldo ötən ilin fevralında La Liqa 2-də çıxış edən “Almeria” klubunun 25 faiz səhmini satın alıb.