Messi o məşhur şəkildən danışdı - Foto
İdman
Argentina millisinin kapitanı Lionel Messi 2007-ci ildə altı aylığında olan Lamin Yamal ilə çəkilmiş şəkil barədə fikirlərini bölüşüb.
News24.az Qol.az-a istinadla xəbər verir ki, hazırda İspaniya millisinin və “Barselona”nın şərəfini qoruyan Yamal ilə Messi bazar günü keçiriləcək DÇ-2026-nın finalında rəqib olacaqlar.
“Marca” nəşrinin məlumatına görə, argentinalı hücumçu həmin fotoya münasibət bildirərkən bunları deyib:
“Lamin o zaman körpə idi, indi isə biz dünya çempionatında qarşılaşırıq. Həmin şəkildən sonra hər ikimizin mundialda oynaması inanılmazdır”.
Qeyd edək ki, İspaniya və Argentina yığmaları arasında final görüşü Bakı vaxtı ilə iyulun 19-u saat 23:00-da başlanacaq.