Messi son oyununda Ronaldonun rekordunu yeniləyə bilmədi
İdman
Argentina millisinin hücumçusu Lionel Messi komandadakı çıxışını başa vurub.
News24.az xəbər verir ki, “Albiseleste” formasında son oyununa çıxan 39 yaşlı forvard Benin yığmasının qapısına qol vuraraq milli komandadakı ümumi qol sayını 126-ya çatdırıb.
Qeyd edək ki, Messi milli komandalar üzrə qol rekorduna imza ata bilməyib. Beləki, Kriştiano Ronaldunun hesabında 146 qol var.
Messi Argentina millisində ümumilikdə 208 oyun keçirib. Ronaldo isə Portuqaliya yığmasının heyətində 234 matçda meydana çıxıb.
Messi avqustun 31-də Argentina millisindəki karyerasını başa vuracağını rəsmən açıqlayıb.