Messi Yamal barədə: "O, fantastik futbolçudur"

Messi Yamal barədə: "O, fantastik futbolçudur" İdman

Argentina millisinin kapitanı Lionel Messi 2026-cı il dünya çempionatının finalı öncəsi İspaniya yığmasının futbolçusu Lamin Yamal barədə danışıb.

News24.az xəbər verir ki, 39 yaşlı hücumçu 19 yaşlı futbolçunun çıxışını yaxından izlədiyini bildirib:

“Lamin fantastik futbolçudur. Onu yaxından izləyirəm, çünki sevdiyim və hər zaman ən yaxşısını arzuladığım “Barselona”da oynayır. O, 19 yaşında artıq dünya futbolunun ən böyük simalarından biridir. Qarşıda böyük karyerası və tarix yazmaq imkanı var. Bu dəfə bunun baş verməməsinə çalışacağıq”.

Qeyd edək ki, İspaniya - Argentina finalı iyulun 19-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. (Tteleqraf)