Messi zədələndi, meydançanı vaxtından əvvəl tərk etdi

Messi zədələndi, meydançanı vaxtından əvvəl tərk etdi İdman

Argentinalı ulduz futbolçu, ABŞ-nin “İnter Mayami” klubunun hücumçusu Lionel Messi zədə şübhəsi ilə oyunu yarımçıq tərk edib.

News24.az xəbər verir ki, hadisə MLS-in müntəzəm çempionatı çərçivəsində “Filadelfiya Yunion”a qarşı keçirilən matç zamanı baş verib.

38 yaşlı futbolçu görüşün 73-cü dəqiqəsində əvəzlənib. Messi meydanı tərk edərkən sol budunun arxa hissəsini tutub.

“İnter Mayami”nin baş məşqçisi Gilyermo Oyoş futbolçunun vəziyyəti ilə bağlı danışarkən bildirib:

“Onun həqiqətən yorulduğu görünürdü. Risk etməyə dəyməzdi”.

Messinin zədəsinin ciddi olub-olmaması ilə bağlı hələlik rəsmi açıqlama verilməyib. /MLS Soccer/