Messiyə görə 1 dəqiqəlik sükut olacaq
İdman
Argentina Futbol Assosiasiyası (AFA) rəsmi saytında Lionel Messinin atası Xorxenin xatirəsinə həsr olunmuş mətbuat açıqlaması yayımlayıb.
News24.az xəbər verir ki, bildirişə əsasən, ölkədə qarşıdakı tur üçün planlaşdırılan bütün peşəkar liqa oyunları bir dəqiqəlik sükutla başlayacaq və hakimlər, məşqçilər və oyunçular qara qolbaq taxacaqlar.
Ömrünün son aylarında Xorxe sağalmaz bir xəstəliklə mübarizə aparıb və 8 avqust şənbə günü vəfat edib.