Messiyə görə bütün oyunlar dayandırılacaq
İdman
Argentina Futbol Assosiasiyası Lionel Messinin milli komandadakı xidmətləri üçün təşəkkür jesti edəcək.
News24.az xəbər verir ki, növbəti turda ölkənin kişi və qadın çempionatlarının bütün qarşılaşmalarının 10-cu dəqiqəsində oyun dayandırılacaq və Messi üçün alqışlar səslənəcək.
Qeyd edək ki, 39 yaşlı “İnter Mayami” hücumçusu Messi Argentina millisində 207 oyun keçirib, 125 qol vurub və 68 məhsuldar ötürmə edib.