Məhəmməd Salah “Trabzonspor” tarixində ilkə imza atdı
İdman
“Trabzonspor”un misirli ulduzu Məhəmməd Salah klub tarixində ilkə imza atıb.
News24.az xəbər verir ki, Salah 2000-01 mövsümündən bu yana komandanın ilk 3 oyununda 4 qol vuran ilk əcnəbi futbolçu olub.
Misirli hücumçu Super Liqanın 2-ci turunda “Başakşehir”lə matçda komandasının hər iki qolunu vurub. O, həmçinin “Amed SK” və “Gənclərbirliyi” ilə oyunlarda bir dəfə fərqlənib.
Salah “Gənclərbirliyi” ilə qarşılaşmada məhsuldar ötürmə də edib. O, həmin görüşdə rəqibin cərimə meydançasında 12 dəfə topla təmasda olub və komanda yoldaşlarına 6 məhsuldar ötürmə edib.