Millimiz AÇ-də final matçına çıxacaq

Millimiz AÇ-də final matçına çıxacaq İdman

Minifutbol üzrə Azərbaycan millisi bu gün Slovakiyada keçirilən Avropa çempionatında final oyununa çıxacaq.

News24.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv həlledici matçda Ukrayna ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 22:30-da “Tipos Arena”da start götürəcək.