Millimiz Bakıda təntənə ilə qarşılandı - Video
İdman
Minifutbol üzrə Avropa çempionu olan Azərbaycan milli komandası vətənə qayıdıb. Komandanın üzvləri Bakıdakı Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənəli şəkildə qarşılanıblar.
News24.az xəbər verir ki, qarşılanma mərasimində federasiya rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, azarkeşlər və media təmsilçiləri iştirak ediblər. Hava limanında milli komandanın şərəfinə xüsusi qarşılanma təşkil olunub, çempion futbolçular alqışlarla qarşılanıblar.
Qeyd edək ki, Azərbaycan millisi minifutbol üzrə Avropa çempionatının final görüşündə Ukrayna yığmasını 2:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə qitə çempionu adına sahib çıxıb. Bu uğur Azərbaycan idmanı və minifutbolu üçün növbəti mühüm nailiyyət kimi dəyərləndirilir. Milli komandanın üzvləri və federasiya rəsmiləri qarşılanma zamanı qazandıqları uğurun bütün Azərbaycan xalqına məxsus olduğunu bildirərək, onlara göstərilən diqqət və dəstəyə görə təşəkkür ediblər.