Millimiz qələbə seriyasını davam etdirə biləcək? - Növbəti matç

Millimiz qələbə seriyasını davam etdirə biləcək? - Növbəti matç İdman

Azərbaycan millisi bu gün növbəti oyununa çıxacaq.

News24.az xəbər verir ki, millimiz “FIFA Series-2026” beynəlxalq turnirindəki ikinci oyununda Syerra Leone yığması ilə qarşılaşacaq.

Görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Oyun saat 19:00-da başlayacaq.

Xatırladaq ki, Ayxan Abbasovun rəhbərlik etdiyi millimiz turnirdəki ilk matçında "Sent Lüsiya" yığmasına 6:1 hesabıyla qalib gəlib.

FIFA Series-2026

30 mart 19:00.

Azərbaycan – Syerra Leone

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.