Millimizin rəqibləri müəyyənləşdi
İdman
19 yaşadək futzalçılar arasında keçiriləcək AÇ-2027-nin əsas mərhələsinin püşkü atılıb.
Bu barədə News24.az-a Azərbaycan Futzal Federasiyasından məlumat verilib.
Tədbirdə Azərbaycan millisinin rəqibləri də müəyyənləşib. Yığma 7-ci qrupda Ukrayna, Xorvatiya və Yunanıstanla mübarizə aparacaq.
Bu qrupun oyunları gələn il martın 30-dan aprelin 4-dək Xorvatiyada keçiriləcək. Yalnız qrup qalibləri Qazaxıstanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.