Minifutbol millimiz İtaliya ilə qarşılaşacaq

Minifutbol millimiz İtaliya ilə qarşılaşacaq İdman

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında bu gün ikinci oyununu keçirəcək.

News24.az xəbər verir ki, F qrupunda yer alan yığma İtaliya yığması ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 17:45-də başlayacaq.

Qeyd edək ki, Azərbaycan minifutbol millisi ilk turda Avstriya kollektivini 1:0 hesabı ilə məğlub edib. Komandamız hazırda 3 xalla F qrupuna başçılıq edir. Yığma qrupda son matçını mayın 30-da Fransaya qarşı keçirəcək.