Misli Premyer Liqası: - Bu gün daha iki oyun keçiriləcək

Misli Premyer Liqası: - Bu gün daha iki oyun keçiriləcək İdman

Futbol üzrə Misli Premyer Liqasında III turun növbəti oyunları keçiriləcək.

News24.az xəbər verir ki, ilk olaraq meydana "Zirə" və "Kəpəz" komandaları çıxacaq. Zirə İdman Kompleksinin stadionunda reallaşacaq görüş saat 18:00-da başlayacaq.

Günün ikinci matçında "Araz-Naxçıvan" "Qəbələ"ni sınağa çəkəcək. "Liv Bona Dea Arena"da təşkil olunacaq qarşılaşma 20:30-da start götürəcək.

Qeyd edək ki, III turun daha əvvəl baş tutan oyunlarında "Neftçi" "Turan Tovuz"a uduzub - 0:1. "Sumqayıt" - "Şamaxı" görüşündə isə qalib müəyyənləşməyib - 1:1. Tura avqustun 31-də yekun vurulacaq.