Mourinyo "Benfika" ilə vidalaşdı: "Bu, böyük şərəf idi"
İdman
Portuqaliyalı mütəxəssis Joze Mourinyo "Benfika" ilə yollarını ayıraraq "Real Madrid"ə keçidini rəsmiləşdirib.
News24.az xəbər verir ki, Mourinyo sosial şəbəkə hesabında paylaşdığı vida mesajında klub prezidenti Rui Koştaya təşəkkür edərək, "Benfika"nı təmsil etməyin onun üçün həm şərəf, həm də imtiyaz olduğunu bildirib.
61 yaşlı məşqçi klub rəhbərliyinə və futbolçulara da minnətdarlığını ifadə edərək, onlara gələcək karyeralarında uğurlar arzulayıb.
Qeyd edək ki, "Benfika" Joze Mourinyonun müqaviləsindəki 15 milyon avroluq sərbəstqalma məbləğinin ödənilməsindən sonra onun "Real Madrid"in yeni baş məşqçisi olduğunu açıqlayıb.