"Müdafiədə oynamağa məcbur olduq" - "KuPS"un baş məşqçisi

"Müdafiədə oynamağa məcbur olduq" - "KuPS"un baş məşqçisi İdman

"Rəqibi təbrik edirəm. Bu gün əsasən müdafiədə oynamağa məcbur qaldıq. Rəqib topa daha yaxşı nəzarət edirdi və oyunda üstün görünürdü".

News24.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının Il təsnifat mərhələsinin "Sabah" - "KuPS" matçı sonra rəqibin baş məşqçisi Miika Nuutinen deyib.

Onun sözlərinə görə, mübarizə hələ bitməyib: "Səfərdə gücümüzü daha yaxşı ortaya qoyaraq qalib gəlməyə çalışacağıq.

"Sabah" çoxlu qol epizodları yaratdı. Lakin oyunun 1:0 hesabı ilə başa çatması bizə cavab görüşü üçün ümid verir və bizi mübarizədə saxlayır.

Oyun ərzində vaxt itkisinə yol vermədik. Hesabın minimal olması səfər qarşılaşması öncəsi bizim üçün müəyyən üstünlük yaradır.

Bu oyunu yenidən izləyib ətraflı təhlil edəcəyik. Cavab görüşündə daha keyfiyyətli və effektiv oyun nümayiş etdirməyə çalışacağıq.

Hava şəraiti fərqli idi, həmçinin meydançada təbii ot örtüyü yox idi. İnanıram ki, cavab oyununda bu amillər bizim xeyrimizə işləyə bilər".