Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəldi

Nəbi İsgəndərov Dünya Kubokunda yarımfinala yüksəldi İdman

Azərbaycan millisinin boksçusu Nəbi İsgəndərov (70 kq) Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunan Dünya Kubokunda yarımfinala vəsiqə qazanıb..

News24.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyasından bildirilib.

Yarışın ikinci günündə mübarizəyə qoşulan idmançı 1/4 finalda Çexiya təmsilçisi Kelvin Sokessa ilə üz-üzə gəlib. Hər 3 raundu xeyrinə bitirən boksçu yekunda 5:0 (29:28, 29:28, 29:28, 29:28, 30:27) hesabı ilə qələbə qazanaraq özü üçün azı bürünc medalı təmin edib.

O, dekabrın 1-də final uğrunda özbəkistanlı Abdullah Madaminovla döyüşəcək.

Qeyd edək ki, bir gün öncə Məhəmməd Abdullayev (+90 kq) də yarımfinala adlayıb.