“Zirə” və “Neftçi”nin potensial rəqibləri müəyyənləşdi
İdman
"Zirə"nin UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsindəki mümkün rəqibləri bəlli olub.
News24.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçi olduğu komanda I təsnifat mərhələsində Gürcüstanın "Torpedo" klubunu keçəcəyi təqdirdə, "Heqelman" (Litva) - "Payde" (Estoniya) cütünün qalibi ilə üz-üzə gələcək.
UEFA Konfrans Liqasının 2026/2027 mövsümünün II təsnifat mərhələsinin matçları iyulun 23-ü və 30-da keçiriləcək.
UEFA Konfrans Liqasında "Neftçi" Belarusun "Dinamo Minsk" və Şimali Makedoniyanın "Sileks" komandaları arasında keçiriləcək cütün qalibi ilə üz-üzə gələcək.
Paytaxt təmsilçisi rəqibinin adına həmin qarşılaşmanın nəticəsindən sonra aydınlıq gətirəcək.