"Neftçi" "Qarabağ"la qarşılaşacaq
İdman
Misli Premyer Liqasında 29-cu tur davam edir
News24.az xəbər verir ki, bu gün daha iki görüş keçiriləcək.
Əvvəlcə “Şamaxı” öz meydanında “Kəpəz”lə qarşılaşacaq. Bu komandaların ilk dövrədəki oyununda “Kəpəz” (4:1), 2-ci dövrənin matçında isə “Şamaxı” (2:0) qalib gəlib.
Günün ikinci matçında isə “Neftçi” əzəli rəqibi “Qarabağ”ı qəbul edəcək. Maraqla gözlənilən Azərbaycan derbisi saat 19:00-da başlayacaq. Komandaların ilk dövrədəki oyununda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.
Bugünkü görüş “Qarabağ” üçün 2-ci pillədəki mövqeyini möhkəmləndirmək, “Neftçi” üçün isə “Zirə”ni qabaqlayaraq 4-cü yerə yüksəlmək baxımından əhəmiyyətlidir.
26 aprel (bazar)
Misli Premyer Liqası, 29-cu tur
16:00 “Şamaxı” – “Kəpəz”
Baş hakim: Rəşad Əhmədov
Şamaxı şəhər stadionu
19:00 “Neftçi” – “Qarabağ”
Baş hakim: Tural Qurbanov
“Palms Sports Arena”