"Neftçi"nin apellyasiya şikayəti təmin edilmədi

"Neftçi"nin apellyasiya şikayəti təmin edilmədi İdman

AFFA-nın Apellyasiya Arbitraj Tribunalı "Neftçi"nin Misli Premyer Liqasının XXIII turunda baş tutan "Turan Tovuz"la matçla bağlı İntizam Komitəsinin qərarından şikayətini təmin etməyib.

News24.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, klubun azarkeşləri tərəfindən təhqiredici pankart açılması səbəbindən martın 11-də paytaxt təmsilçisinin 15 000 manat cərimələnməsi barədə çıxarılan qərar qüvvədə saxlanılıb.

Qeyd edək ki, martın 9-da keçirilən sözügedən qarşılaşma "Turan Tovuz"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.