“Neftçi” Konfrans Liqasına vəsiqə qazandı
İdman
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII tura yekun vurulub.
News24.az xəbər verir ki, son oyun günündə 2 qarşılaşma keçirilib.
Avrokuboklara son vəsiqə uğrunda mübarizə aparan 2 komandadan “Neftçi” çempion “Sabah”ın qonağı olub, “Zirə” isə “Sumqayıt”ı qəbul edib.
Rəqibinə 2:1 hesabı ilə qalib gələn “Neftçi” sona 1 tur qalmış UEFA Konfrans Liqasına vəsiqəni təmin edib. “Zirə” isə “Sumqayıt” üzərində 2:1 hesablı qələbəyə baxmayaraq avrokuboklardan kənarda qalıb.
Bu nəticələrdən sonra turnir cədvəlində “ağ-qaralar” 56 xalla 4-cü, “Zirə” 53 xalla 5-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qəbələ” “Karvan-Yevlax”ı 2:1, “Araz-Naxçıvan” “Kəpəz”i 2:0, “Qarabağ” “İmişli”ni 3:0, “Şamaxı” isə “Turan Tovuz”u 3:2 hesabı ilə məğlub edib.