“Neftçi” qələbə qazansa da, Konfrans Liqası ilə vidalaşdı

“Neftçi” qələbə qazansa da, Konfrans Liqası ilə vidalaşdı İdman

Azərbaycan təmsilçisi “Neftçi” UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda Belarusun “Dinamo” (Minsk) komandası ilə qarşılaşıb.

News24.az xəbər verir ki, “Beroe” şəhər stadionunda baş tutan görüşdə paytaxt təmsilçisi minimal hesablı qələbə qazanıb – 1:0.

Lakin Bakıdakı ilk oyunda 2:4 hesabı ilə məğlub olan “Neftçi” iki oyunun nəticəsinə görə 3:4 hesabı ilə uduzub və avrokuboklarda çıxışını başa vurub.

Belarus təmsilçisi “Dinamo” (Minsk) isə ümumi hesabda üstün olaraq UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yüksəlib.