“Neftçi”nin futbolçusu Messiyə hədiyyə verdi - Video
İdman
Benin millisinin kapitanı və “Neftçi” klubunun futbolçusu Sessi D’Almeyda Lionel Messiyə hədiyyə verib.
News24.az xəbər verir ki, argentinalı futbolçunun Beninlə keçirdiyi vida matçında Almeyda hədiyyəni ona təqdim edib.
O, futbol əfsanəsinin yığma ilə vidalaşmasına görə bu addımı atıb.
Qeyd edək ki, Lionel Messi ötən gecə Beninlə matçda yığmada sonuncu oyununa çıxıb. /Qafqazinfo