“Neftçi”yə niyə transfer qadağası qoyuldu?
İdman
“Neftçi”yə qoyulan transfer qadağasının səbəbi bəlli olub.
Klubdan News24.az-a verilən məlumata görə, buna səbəb futbolçulardan birinin transfer ödənişinin gecikdirilməsidir.
“Transfer ödənişi geçikəndə FIFA-nın müvafiq portalı avtomatik olaraq klubu qırmızı siyahıya salır və transfer qadağası gəlir. Bu, dünya praktikasında tez-tez rast gəlinən məsələdir. Əsas öhdəliklər bağlanandan sonra qadağa avtomatik olaraq aradan qalxır.
Artıq biz tərəfdən ödəniş həyata keçirilib, qarşı tərəf təsdiqləyəndən sonra maksimum 3-5 günə transfer qadağası aradan qaldırılacaq. Narahatlığa əsas yoxdur, heç bir borc öhdəliyimiz yoxdur. Sadəcə, texniki məsələlərə görə bir ödəniş gecikmişdi, o da artıq həllini tapıb. Azarkeşlərimiz narahat olmasınlar”, - məlumatda qeyd olunub. // Qafqazinfo