"Nəticə ürəkaçan deyil" - Eyden Makkarti
İdman
“Ölkəmdəki bütün azarkeşlərə, mənə dəstək olan insanlara və ailəmə sevgimi çatdırmaq istəyirəm".
News24.az xəbər verir ki, bu sözləri UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində keçirilən "Sabah" - "Borussiya Dortmund" oyunundan sonra müdafiəçi Eyden Makkarti jurnalistlərə açıqlamasında deyib:
"Onların dəstəyini görürəm və buna görə hər birinə çox minnətdaram.
Nəticə mənim üçün ürəkaçan deyil. Təbii ki, bu oyundan çox şey öyrənməliyəm. Amma karyeramda ilk dəfə Çempionlar Liqasında, “Sabah”la belə bir təcrübə yaşamaq mənim üçün çox böyük əhəmiyyət daşıyır. Bu, şəxsən mənim üçün unudulmaz olacaq".