Neymar 3 il ərzində 4-cü dəfə ata olacaq
İdman
Braziliyalı futbolçu Neymar və Bruna Biankardi cütlüyü növbəti dəfə valideyn olmağa hazırlaşır.
News24.az xəbər verir ki, cütlük bu barədə “YouTube”-da paylaşdıqları cinsiyyət öyrənmə partisi videosunda məlumat verib.
Onların üçüncü qızı dünyaya gələcək.
Qeyd edək ki, Neymarın Bruna ilə birgəliyindən Mavi (2023) və Meli (2025) adlı iki qızı ilə yanaşı, 2024-cü ildə influenser Amanda Kimberli ilə münasibətindədən də bir qızı var. /Gazeta.ru/