Neymar məşhur futbolçunun oğlunu vurub yerə yıxdı

Neymar məşhur futbolçunun oğlunu vurub yerə yıxdı İdman

Məşhur futbolçu Neymar “Santos” klubunun məşqi zamanı insidentlə gündəmə gəlib.

News24.az xəbər verir ki, məşq zamanı o, Braziliya millisinin sabiq futbolçusu Robinyonun 18 yaşlı oğlu ilə mübahisə edib. Hadisənin gənc oyunçunun Neymarı driblinqlə keçməsindən sonra baş verdiyi bildirilir.

Məlumata görə, Neymar bu hərəkəti hörmətsizlik kimi qiymətləndirib və rəqibdən daha sakit oynamağı xahiş edib. Bundan sonra tərəflər arasında mübahisə yaranıb və insident fiziki qarşıdurmaya keçib.

Bildirilir ki, Neymar gənc futbolçunun üzünə zərbə endirib və onun yıxılmasına səbəb olub.

Zərərçəkən tərəf klub rəhbərliyinə müraciət etsə də, Neymarın üzr istəməsindən sonra məsələ həll olunub.