Neymarın karyerasını nə vaxt bitirəcəyi məlum oldu

Neymarın karyerasını nə vaxt bitirəcəyi məlum oldu İdman

Braziliya millisinin hücumçusu Neymar 2026-cı ilin sonunda futboldan ayrılacağını etiraf edib.

News24.az xəbər verir ki, milli komandanın 2026-cı il Dünya Kubokundan kənarlaşdırılmasından sonra 34 yaşlı hücumçu ailəsi ilə ABŞ -da qalıb gələcəyi ilə bağlı qəti qərar verməyi planlaşdırır.

Qeyd edək ki, Neymarın hazırda oynadığı "Santos"un məşqçilər heyəti onun 31 dekabr 2026-cı ilə qədər olan müqaviləsinə xitam vermə ehtimalını istisna etmir. Neymar daha əvvəl Braziliya milli komandasından ayrıldığını da açıqlamışdı.