Neymarla bağlı qərar narazılıq yaratdı: Romariodan sərt reaksiya
İdman
Braziliya milli komandasının heyətinə Neymarın çağırılmaması müzakirələrə səbəb olub.
News24.az xəbər verir ki, komandanın baş məşqçisi Karlo Ançelotti mart ayı oyunları üçün Neymarı heyətə daxil etməyib.
Bu qərara Braziliya əfsanəsi Romario sərt reaksiya verib. O bildirib ki, Neymar hələ də komanda üçün çox vacib futbolçudur və diqqətdən kənarda qalmamalıdır.
Qeyd edək ki, Neymar uzun müddət zədə səbəbindən oynamasa da, onun milli komandaya kömək edə biləcəyi düşünülür.