İnfantinonun postu təhlükədədir? – UEFA yeni namizədi müzakirə edir
İdman
UEFA rəsmiləri 2027-ci ildə keçiriləcək FIFA prezident seçkilərində Cianni Infantinoya rəqib ola biləcək namizədi müzakirə edirlər.
News24.az xəbər verir ki, bu barədə "The Telegraph" nəşri məlumat yayıb.
Məlumata görə, mümkün namizədlər arasında CONCACAF prezidenti Victor Montagliani və AFC prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə var. Hazırda avropalı namizədlərin irəli sürülməsi nəzərdən keçirilmir.
Bildirilir ki, İnfantinoya qarşı narazılıq onun FIFA-nın kommersiya strukturundakı payın bir hissəsini özəl investorlara satmaq planından sonra daha da güclənib. UEFA bu təşəbbüsü qeyri-şəffaf adlandırıb və FIFA rəhbərliyinin futbol ictimaiyyətinin əhəmiyyətli hissəsinin etimadını itirdiyini bəyan edib.