Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi
İdman
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatının finalına vəsiqə qazanıb.
News24.az xəbər verir ki, 63 kiloqram çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda rusiyalı Olimpiya mükafatçısı, dünya və üçqat Avropa çempionu Sergey Yemelini məğlub edib. Görüş 2:2 hesabı ilə başa çatsa da, Nihat Məmmədli xalların keyfiyyətinə görə qalib gəlib.
O, sabah qızıl medal uğrunda mübarizə aparacaq.
Yarımfinalda məğlub olan digər təmsilçimiz Həsrət Cəfərov isə bürünc medal uğrunda görüşə çıxacaq.
Qeyd edək ki, dünya çempionatı noyabrın 1-də başa çatacaq.
09:58
Azərbaycanın daha üç yunan-Roma güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bu gün mübarizəyə start verəcək.
News24.az xəbər verir ki, Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.
N.Məmmədli ilk görüşünü ABŞ təmsilçisi Xavyer Consona (ABŞ) qarşı keçirəcək. İ.Abbasov türkiyəli Ali Cengizlə qarşılaşacaq. H.Cəfərov isə ilk görüşdən azaddır.
Bundan əlavə, Murad Əhmədiyev (97 kq) təsəlliverici qarşılaşmada qüvvəsini sınayacaq. Onun rəqibi Markus Raqqinqer (Avstriya) olacaq.
Xatırladaq ki, çempionat noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıblar.