Noa Lanq “Qalatasaray”la vidalaşdı
İdman
“Napoli” klubundan icarə əsasında “Qalatasaray”a gələn Noa Lanq komanda ilə vidalaşıb.
News24.az xəbər verir ki, futbolçu sosial şəbəkədə etdiyi paylaşımda musiqi müşayiəti ilə azarkeşlərə təşəkkür edib və “hər şey üçün təşəkkür edirəm, Qalatasaray, səni sevirəm” sözlərini yazıb.
Qeyd edək ki, Noa Lanq mövsümün ortasında 30 milyon avro dəyərində icarə şərti ilə “Qalatasaray”a qoşulmuşdu.