“İnter”dən Hakan Çalhanoğlu ilə bağlı qərar
İdman
"İnter" klubu Hakan Çalhanoğlu ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
News24.az xəbər verir ki, baş məşqçi Kristian Çivu yarımmüdafiəçini komandanın vacib hissəsi hesab edir və onun qalmasını istəyir.
"Qalatasaray"a keçid ehtimallarına baxmayaraq, futbolçu İtaliya klubunda qalmağa razıdır. Onun hazırkı müqaviləsi 2027-ci ilə qədər qüvvədədir.
Çalhanoğlunun əsas məqsədi isə İtaliya A Seriyası və ölkə kubokunu qazanmaqdır.