Nurməhəmmədov və Dvalişvilinin iştirakı ilə baş verən davaya görə 10 nəfər saxlanılıb

Nurməhəmmədov və Dvalişvilinin iştirakı ilə baş verən davaya görə 10 nəfər saxlanılıb İdman

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə UFC-nin ən yüngül çəki dərəcəsində keçmiş çempionu, gürcü döyüşçü Merab Dvalişvili və Usman Nurməhəmmədovun iştirakı ilə baş verən dava ilə əlaqədar polis 10 nəfəri saxlayıb.

News24.az xəbər verir ki, bu barədə TASS-a mənbə məlumat verib.

Xatırladaq ki, Dvalişvili daha əvvəl "X" sosial şəbəkəsində Usman Nurməhəmmədovu və dostlarını onu döyməkdə ittiham etmişdi.

"Ümumilikdə 10 nəfər saxlanılıb. Hazırda hüquqi prosedurlar həyata keçirilir", - deyə agentliyin həmsöhbəti bildirib.

Əbu-Dabi Polis Baş Qərargahının məlumatına görə, əmirlikdə hotelin qarşısında baş verən dava ilə əlaqədar saxlanılan səkkiz nəfərin işi prokurorluğa göndərilib.

Merab Dvalişvili 2025-ci ilin yanvarında Usman Nurməhəmmədovun qardaşı Umar Nurməhəmmədovla döyüşüb. Dvalişvili həmin qarşılaşmada qalib gələrək çempionluq titulunu qoruyub. Hazırda çempionluq kəmərinin sahibi rusiyalı Petr Yandır. Dvalişvili son iki döyüşündə məhz Yana məğlub olub.