“Nyukasl” üçün ağır gecə – “Barselona” 1/4 finalda

“Nyukasl” üçün ağır gecə – “Barselona” 1/4 finalda İdman

Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin sonuncu oyun günüdür.

News24.az xəbər verir ki, keçirilən ilk matçda “Barselona” öz meydanında “Nyukasl”ı qəbul edib və rəqibini 7:2 hesabı ilə məğlub edib. Tərəflər arasında ilk qarşılaşma 1:1 hesabı ilə yekunlaşmışdı.

Bu qələbə sayəsində Kataloniya təmsilçisi adını 1/4 final mərhələsinə yazdırıb.

Digər üç görüş isə gecə saat 00:00-da start götürəcək.