Okan Burukdan sərt qərar: İkardi ehtiyatda qala bilər

Okan Burukdan sərt qərar:  İkardi ehtiyatda qala bilər İdman

"Qalatasaray"ın baş məşqçisi Okan Buruk komandadakı uğursuz gedişatı dayandırmaq üçün radikal addımlar atmağa hazırlaşır.

News24.az xəbər verir ki, "Trabzonspor" məğlubiyyətindən sonra futbolçuların çıxışından ciddi narazı qalan təcrübəli mütəxəssis heyətdə "təmizləmə" işlərinə başlayıb.

Məlumata görə, komandanın əsas qol silahı Mauro İkardi son oyunlardakı zəif performansı və qeyri-effektiv çıxışı səbəbindən növbəti matçda start heyətində yer almayacaq. Okan Burukun "toxunulmaz" hesab edilən argentinalı ulduzu ehtiyat skamyasına göndərmək qərarı klub daxilində böyük rezonans doğurub.

Cəza tədbirləri təkcə İkardi ilə məhdudlaşmır. Məşqçinin İsmayıl Yakobs və Noa Lanqın da oyunundan narazı olduğu və onların adını "ehtiyat" siyahısına saldığı bildirilir.

Çempionluq yarışı baxımından həlledici əhəmiyyət kəsb edən "Göztəpə" qarşılaşması öncəsi atılan bu addım komandada intizamı bərpa etmək məqsədi daşıyır. "Sarı-qırmızılılar" qalan turlarda qələbə seriyasına başlayaraq mövsümü qızıl medallarla başa vurmağı hədəfləyir.