Olise Pelenin rekordunu qırdı

Olise Pelenin rekordunu qırdı İdman

Fransa millisinin futbolçusu Maykl Olise dünya çempionatında məhsuldar ötürmələr üzrə yeni rekorda imza atıb.

News24.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi DÇ-2026-nın 3-cü yer uğrunda İngiltərə ilə keçirilən görüşdə Kilian Mbappeyə iki məhsuldar ötürmə verib. Bununla da onun turnirdə assistlərinin sayı 7-yə çatıb.

Beləliklə, Olise 1970-ci il dünya çempionatında 6 məhsuldar ötürmə ilə rekorda sahib olan Braziliya əfsanəsi Peleni geridə qoyub.

Qeyd edək ki, Fransa 3-cü yer uğrunda keçirilən qarşılaşmada İngiltərəyə 4:6 hesabı ilə uduzub. Mbappe isə həmin oyunda dubl edərək mundiallar tarixinin ən çox qol vuran oyunçusu olub.